Bakının Suraxanı rayonunda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Əmircan qəsəbə sakini G.Abıyevaya qarşı zor tətbiq edib, içərisində 106 manat pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.