Bakıda küçədən yeni doğulmuş körpənin tapılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Sabunçu rayonu Stansiyayanı küçəsində yaşayan 1978-ci il təvəllüdlü Əliyeva Vüsalə Cahangir qızı dekabrın 17-də səhər evdən çıxarkən qapının ağzına zənbil qoyulduğunu görüb. Zənbilə baxan qadın orada 1-2 aylıq oğlan uşağının olduğunu görüb və dərhal polisə məlumat verib.
V.Əliyeva uşağı polis bölməsinə gətirib və rastlaşdığı hadisə ilə bağlı izahat verib. Uşaq 1 saylı uşaq evinə verilib.
Faktla bağlı araşdırma aparılır.
///lent.az