Bakı şəhər sakini olan qadına hədə-qorxu gələn şəxs ələ keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən videosunu yayacağı ilə hədələyərək qadından 7 000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.