Keratin istifadə edənlərin diqqətinə - Qadağalar tətbiq ediləcək

Keratin istifadə edənlərin diqqətinə - Qadağalar tətbiq ediləcək
SOSİAL
11:10 26.08.2025
3655
Son vaxtlar sosial şəbəkələrdə keratin məhsullarının insan sağlamlığı üçün təhlükəsizliyi ilə bağlı müzakirələr artıb. Xüsusilə formaldehid kimi zərərli maddələrin bu məhsullarda mövcudluğu və nəzarət mexanizmləri barədə suallar gündəmdədir.
 

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi açıqlama verib.

Qurumun məlumatında bildirilib ki, "Texniki tənzimləmə haqqında" Qanuna əsasən, ətriyyat və kosmetik məhsullar – o cümlədən saç düzləşdirici vasitələr – texniki reqlament tələblərinə tabedir. Hazırda Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış "Ətriyyat-kosmetika mallarının təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi müzakirə mərhələsindədir. Bu sənəddə fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərə dair tələblər, eləcə də formaldehidin istifadəsinə məhdudiyyətlər və ya tam qadağalar nəzərdə tutulub.

Agentlik qeyd edib ki, keratin məhsullarına dair tələblər beynəlxalq standartlara uyğun olaraq ГОСТ 32850-2014 və ГОСТ 31679-2012 sənədlərində əksini tapır. Həmin standartlar məhsulların texniki xüsusiyyətləri ilə yanaşı, toksiki və allergik təsirləri də əhatə edir.

Bildirilib ki, bu məhsulların uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması yalnız akreditasiya olunmuş qurumlar tərəfindən həyata keçirilir. Sertifikatı olmayan malların satışına isə qanunla qadağa qoyulub.

Agentlik əlavə edib ki, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Lakin insan həyatı və sağlamlığına ciddi təhlükə yaradan hallar barədə əsaslandırılmış müraciətlər daxil olduqda araşdırma aparılır.

Qurum vətəndaşlara çağırış edib ki, keyfiyyətsiz və ya təhlükəli məhsullarla bağlı şikayətləri rəsmi internet səhifəsi (https://competition.gov.az) və ya [email protected] ünvanına təqdim etsinlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası yaradıldı
13:01 07.08.2026
Media və Yayım Şurası yaradıldı
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb