Bakıda qadının 3 min manatlıq telefonu oğurlanıb.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3 min manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3 min manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.