Bakıda qadının güllələnməsi ilə bağlı yeni təfərrüatlar

Bakıda qadının güllələnməsi ilə bağlı yeni təfərrüatlar
SOSİAL
18:40 09.07.2026
791
Küçədə güllələnən Amaliya Qəhrəmanovanın ölümü ilə bağlı daha bəzi təfərrüatlar məlum olub.

AZXEBER.COM xəbər verir ki, o, iş yerinin qarşısında qətlə yetirilib.

Belə ki, 44 yaşlı qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş.

Məlumata görə, Z.Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq onu qətlə yetirib.

Qeyd edək ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblar.
OXŞAR XƏBƏRLƏR