42 yaşlı Mətanət özünü bağışlamayıb.
İlk olaraq qadının özünü atdığı binanın sakini olduğu, ehtiyatsızlıqdan yıxıldığı ehtimal olunurdu. Lakin onun ayaqlarında ayaqqabı olması intihar versiyasını daha inandırıcı edirdi. Qadının intihar etmiş fotosu da sosial şəbəkələrdə yayılıb.
Mənzillərdən birinin eyvanından çəkilmiş fotoda qadının yerdə qan içərisində meyiti görünsə də, aşağı mənzilin eyvanındakı kondisionerə diqqqətlə baxanda daha təsirli mənzərəni görməmək olmur.
Kondisionerin üzərində qadının əl izləri aydın sezilir. Çox güman ki, qadın özünü binadan atsa da, yerə düşən anda kondisionerdən tutaraq xilas olmaq istəyib.
AZXEBER.COM xəbər verir ki, Milli.Az cavan qadının özünə qarşı amansızlığının səbəbini araşdırıb.
Mərhum xanımın intiharı rus yazıçı Lev Tolstoyun “Anna Karenina” romanında eyniadlı qəhrəmanın həyatı ilə oxşardır - ərə xəyanət…
Xətai Rayon Polis İdarəsindən bildiriblər ki, Nobel prospekti 9 ünvanında özünü binanın damından aşağı atan 42 yaşlı Mətanət Abbasovadır.
Onun özünə qəsd etməsində ərinin şərəfi əsas amildir. İki uşaq anası olan M.Abbasova ərinə xəyanət etdiyindən özünü dünən binanın damından atıb.