Bakıda qanlı cinayət: Bir ailənin üç üzvünü evlərində bıçaqladılar

Bakıda qanlı cinayət: Bir ailənin üç üzvünü evlərində bıçaqladılar
SOSİAL
14:16 07.06.2021
498
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girən şəxsin ona, arvadına və oğluna bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR