Bakıda qanlı dava: ölən və yaralılar var

Bakıda qanlı dava: ölən və yaralılar var
SOSİAL
11:10 15.08.2017
4088

Bakıda qətl törədilib.

Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. 

Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

//APA
OXŞAR XƏBƏRLƏR