13:00 çərşənbə, 20 Noyabr 2019
SİYASƏT

"Bakıda qanunsuz mitinqə cəhd edənlərdən 60 nəfər saxlanılıb" - RƏSMİ AÇIQLAMA

17:44, 19.10.20199768

Bu gün Bakıda qanunsuz mitinqə cəhd edənlərdən 60 nəfər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, daha 42 nəfər isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

BŞPİ-nin məlumatında deyilir:

"Oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun "28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərmişlər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınmış, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılmışdır.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcəkdir. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışlar”.

XƏBƏR LENTİ