Bakıda qarajdan kişi meyiti tapıldı

Bakıda qarajdan kişi meyiti tapıldı
SOSİAL
10:31 15.04.2020
915
Bakıda qarajdan meyit tapılıb.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə aprelin 14-də Xətai rayonunda qeydə alınıb.

Süleyman Vəzirov küçəsində yerləşən yaşayış binasının zirzəmisində olan yeraltı qarajdan kişi meyiti tapılıb.

Meyitin Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Rəhimov Rüstəm Salam oğluna aid olduğu müəyyənləşdirilib.

Onun işsiz və subay olduğu məlum olub. Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə -tibbi ekspertizası təyin olunub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR