Bakıda qardaş bacısını öldürdü

SOSİAL
11:55 26.05.2016
4333
Bu gün səhər saatlarında Bakıda qardaş bacısını amansızcasına qətlə yetirib.
 Hadisə saat 09:43-də Nərimanov rayonu, Faiq Yusifov küçəsi mənzil 42 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Emin Emin oğlu Çobanov bacısı, 1986-cı il təvəllüdlü Rübabə Emin qızı Çobanovanı qətlə yetirib. Qardaş bacısına çoxsaylı bıçaq zərbələri vurub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
///admiral.az

OXŞAR XƏBƏRLƏR