Bakıda qarpızdan zəhərlənərək öldüyü deyilən gənclə bağlı daha bir AÇIQLAMA

Bakıda qarpızdan zəhərlənərək öldüyü deyilən gənclə bağlı daha bir AÇIQLAMA
SOSİAL
17:00 10.06.2025
669
"Bəzi xəbər saytlarında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin "qida zəhərlənməsi" (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb".

Bu barədə AQTA-dan AZXEBER.COM-a bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

"AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər", məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR