23 yaşlı Rövşən özündən 16 yaş böyük Bəxtiyarı bıçaqlayıb.
Bakıda qətl törədən şəxs həbs edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, dekabrın 24-də münaqişə zəminində 1974-cü il təvəllüdlü Bəxtiyar Əliabbas oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirən, 1990-cı il təvəllüdlü Rövşən Atəm oğlu Abdullayev tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, dekabrın 24-də Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rövşən Atəm oğlu Abdullayev aralarında yaranmış münaqişə zəminində 1974-cü il təvəllüdlü Bəxtiyar Əliabbas oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.