Zelenski sülh danışıqlarında müzakirə ediləcək məsələləri açıqladı

Zelenski sülh danışıqlarında müzakirə ediləcək məsələləri açıqladı
DÜNYA
06:12 26.10.2026
172
Ukraynanın təhlükəsizlik zəmanətləri Rusiya tərəfindən diktə edilə bilməz.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski TSN telekanalına müsahibəsinin yekunları ilə bağlı "Telegram" kanalında yazıb.

Zelenski bildirib ki, Ukrayna ordusunun məhdudlaşdırılması və ölkənin neytral statusu müzakirə mövzusu deyil.

"Ərazi məsələsi qırmızı xətdir və yalnız liderlər səviyyəsində müzakirə oluna bilər", - deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, ABŞ uzun müddətdir ərazilərin dəyişdirilməsi məsələsini gündəmə gətirir, lakin bununla bağlı başqa təkliflər də var.

"Hamı başa düşməlidir: birincisi, biz heç nəyi heç nə ilə dəyişmirik. Müzakirələrə hazırıq", - deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, ərazi məsələsindən başqa bütün mövzular noyabr ayında texniki qruplar səviyyəsində müzakirə edilə bilər.

Zelenski növbəti paylaşımında enerji sahəsində atəşkəsin elan edilməsi, gəmilərə zərbələrin dayandırılması, taxıl ixracı və hərbi əsirlərin mübadiləsi məsələlərinin də müzakirə oluna biləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR