BAKU AZƏRBAYCAN
10°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Bakıda qaydaları kobud şəkildə pozan YPX avtomobili - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan YPX avtomobili - VİDEO
SOSİAL
10:11 06.03.2020
3219
VİDEO" />
Bakıda YPX avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb. 

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, videoda 99-YP-272 dövlət nömrə nişanlı yol polisi avtomobilinin paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən qayda pozuntusu etdiyi görünür.

Belə ki, prospektdə ən sağ zolaqla hərəkətdə olan YPX avtomobilinin qəfil dönmə işıqlarını yandıraraq, Yusif Səfərov küçəsinə dönməsi əks olunub. Bu zaman YPX avtomobili sayrışan işıqlardan istifadə etməyib və 1.4 sarı rəngli bütöv nişanlama xəttinin tələblərini pozub. 

Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR