Bakıda qayınana 22 yaşlı gəlininin meyitini tapdı

Bakıda qayınana 22 yaşlı gəlininin meyitini tapdı
SOSİAL
12:33 31.05.2020
1463
Bakıda 22 yaşlı qadın evdə dəm qazından zəhərlənərək ölüb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda 1998-ci il təvəllüdlü Aydan Allahverdiyeva mayın 30-u saat 16 radələrində çimmək üçün hamama girib. 15 dəqiqə sonra gəlinin çıxmadığını görən qayınanası Kəmalə Hacıyeva qapını döyüb və qız cavab verməyib. Bu səbəbdən o, qapının kilidini sındıraraq içəri girib. Orada Aydanın meyitini uzanılı vəziyyətdə aşkar edib.

Meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin olunub, faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR