Bakıda qayınata kürəkənini bıçaqladı

HADİSƏ
10:20 24.09.2023
643
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

OXŞAR XƏBƏRLƏR