Bakının Qaradağ rayonu ərazisində güclü partlayış olub.
Sanqaçal qəsəbəsində qaz borusu partlayıb. Ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.
Zavodda həyəcan siqnalı verilib.
11.12
Bakının Qaradağ rayonunda qaz xəttində partlayış olub.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: "Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.
Qaradağ Rayon Polis İdarəsindən hadisənin baş verdiyi təsdiqləyiblər.
///Criminal.az
Copy SHARE LINK TO THIS PLAYER: