Bakıda qəbirlərdən qızıl dişləri talayan şəxs saxlanılıb.
AZXEBER.COM-un məlumata görə, Nəsimi RPİ tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində məzarları talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.
Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.