Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyası yaxınlığında qeyri-adi fəvvarə kompleksi inşa olunur.AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi məlumata görə, o, "Büllur alov" adlanır. Bakı şəhər İcra Hakimiyyətindəki mənbənin bildirdiyinə görə, fəvvarə 2011-ci ilin sonunadək istifadəyə veriləcək: "Tikinti işləri lazımi səviyyədə aparılır. Yaxın aylarda fəvvarə kompleksi istifadəyə veriləcək. Onun gözəlliyi bakılıları valeh edəcək".