Bakıda qeyri-adi hadisə: İş adamı “Porsche” ilə yolu bağladı, həbs edildi

SOSİAL
17:43 09.02.2024
1345
Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib. 
 
AZXEBER.COM qaynarinfo-ya istinadən xəbər verir ki, sahibkar kimi fəaliyyət göstərən Afiq Mustafayevin (soyad şərti) həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub. 
 
Belə ki, 1984-cü il təvəllüdlü Afiq rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-nin Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. 
 
YPX əməkdaşları tərəfindən həmin yük maşınlarının sürücüləri iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəziyə dəvət edilib. Lakin, 77-BJ-238 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirib. 
 
Daha sonra əraziyə "Porsche” markalı avtomobillə Afiq adlı şəxs yaxınlaşıb. O, özünü sözügedən yük maşının sahibi kimi təqdim edərək, sürücülərin hərəkət etmələrinə göstəriş verib. 
Həmin yük maşınlarının sürücüləri YPX əməkdaşlarına tabesizlik göstərərək hərəkətlərini davam etdiriblər. Bundan əlavə sahibkar idarə etdiyi "Porsche”ni yolun hərəkət hissəsində saxlamaqla, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Daha sonra əraziyə post patrul xidmətinin əməkdaşlarının göndərilib. Afiq başqa nəqliyyat vasitələrindən birinə əyləşərək ərazidən uzaqlaşıb. 
 
Polis Afiqi saxlayaraq, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə protokol tərtib edib və iş məhkəməyə göndərilib. Sahibkar məhkəmədə özünü günahkar bilməyib. 
 
Məhkəmənin hökmü ilə Afiq 15 gün müddətinə inzibati qaydada həbs edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir