Bakıda qəza: BMW bir neçə dəfə çevrildi - VİDEO

Bakıda qəza: BMW bir neçə dəfə çevrildi - VİDEO
SOSİAL
19:04 13.06.2019
4876

Bakıda baş verən dəhşətli qəza təhlükəsizlik kameralarına düşüb. 

AZXEBER.COM avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.

Avtomobil bir neçə dəfə çevrildikdən sonra arxası üstə düşüb.

Sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi, eləcə də hava yastıqlarının açılması sayəsində hadisə zamanı ölüm faktı qeydə alınmayıb.


OXŞAR XƏBƏRLƏR