Bakıda qəzalarda 5 işıqfor zədələnib

Bakıda qəzalarda 5 işıqfor zədələnib
SOSİAL
11:56 01.03.2025
203
Bakıda yolların buz bağlaması səbəbindən baş verən qəzalarda işıqforlara ziyan dəyib.

AZXEEBER.COM DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxtda soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 işıqfor dirəyi, 1 idarəetmə və 1  elektrik qutusuna zərər dəyib.

Bildirilib ki, paytaxt yollarında işıqforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsilə, həm də yerində baxış keçirilir.
OXŞAR XƏBƏRLƏR