Yanvarın 10-da Azərbaycan ərazisində 21 yol-nəqliyyat hadisəsi baş verib.Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisələr nəticəsində 6 nəfər ölüb, daha 24 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən yol qəzalarının hamısı Bakıda qeydə alınıb. Təkcə Sabunçu rayonunda dünən 3 ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəzaların baş verməsinə əsas səbəb kimi isə sürət həddinə əməl edilməməsi və avtomobillərin yol şəraitinə uyğun idarə olunmaması göstərilir.//lent.az