Bakıda qısa zamanda açılacaq yeni stansiyaların dəqiq ünvanları AÇIQLANDI - VİDEO

Bakıda qısa zamanda açılacaq yeni stansiyaların dəqiq ünvanları AÇIQLANDI - VİDEO
SAĞLAMLIQ
14:45 07.12.2022
886
Çoxumuz mənzil başına daha rahat, sürətli çatmaq üçün metrodan istifadə edirik. Amma şəhərin daha çox insan axını olan, tələbatın çox olduğu bəzi yerlərdə metro stansiyası yoxdur. Məsələn, uzun müddətdir ki, Hava limanına, Sumqayıt şəhərinə, Binəqədiyə metro xəttinin çəkiləcəyi ilə bağlı xəbərlər eşidirik. Həmin ərazilərdə yaşayan vətəndaşlar da metronun açılmasını səbirsizliklə gözləyirlər.

Bəs yaxın gələcəkdə hansı ərazilərə metro çəkiləcək?

AZXEBER.COM-un məlumatına görə, "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov apa tv-ə açıqlamasında bildirib ki, Bakının Hava Limanı o qədər də böyük infrastruktura malik deyil, hətta yerüstü ictimai nəqliyyat da onun tələbatını ödəyə bilir:

"Amma həmin ərazidə yaşayış , infrastuktur və digər məsələləri nəzərə alsaq bu artıq Bakının inkişafına aid olan məsələlərdir. Bu barədə artıq gələcəkdə qərarlar verilə bilər. Binəqədi isə Bakı Metropoliteninin konseptual inkişaf sxemində nəzərdə tutulub. Sarı xəttin bir istiqamətdən başlanğıcı məhz Binəqədidən başlayacaq . Zərurət yaranarsa gələcəkdə depo ərazisində bir yerüstü stansiyanın da inşa olunması da nəzərdə tutulur.

- Gələcək deyərkən, təxminən neçə ilə

- Gələcək haqqında bu gün danışmaq çox tezdir.

Bu gün konkret olaraq Metropolitenin konseptial inkişaf sxemində də nəzərdə tutulmuş istiqamətlərdə də nə Sumqayıt nə də Xırdalan var”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər Xocahəsən elektrik deposu və onun yanında yerüstü stansiya tam hazır olacaq:

"Bu gün xətlərin ayrılmasının tərkib hissəsi kimi ilk növbədə həmin istiqamət üzrə 2 stansiyanın inşası aktualdır. Həmin ərazilər 20 nömrəli məktəbin yanında yəni FHN –nin binasının önündə keçmiş Əzizbəyov heykəli olan parkın yanında, ikincisi Nəbatat bağı tərəfdə olan yanacaqdoldurma məntəqəsi də var, həmin ərazidə, növbəti stansiyalar Badamdara doğru davam edəcək. Əks istiqamətdə isə Həzi Aslanov stansiyasından sonrakı iki stansiya inşa olunmalıdır. Onun biri təxminən Gəncə prospektinə digəri isə Naxçıvanski adına hərbi liseyin yaxınlığında olacaq. Bu ilin sonuna qədər artıq Xocasən elektrik deposu və onun yanında bir yerüstü stansiya tam hazır olacaq”.

Belə aydın oldu ki, Binəqədi, Xırdalan, Masazır və Sumqayıta metronun çəkilməsi hələlik suya yazı yazmaq kimi mümkünsüzdür. Nəqliyyat eksperti Ərşad Hüseynov isə deyir ki, Şimal-qərb istiqamətində metro xətlərinin çəkilməsi daha məqsədəuyğundur:

"Xırdalan istiqamətində, Şimal-qərb istiqamətində metronun genişləndirilməsinə daha çox ehtiyac var. Daha sonra Binəqədi, Mediabad istiqamətində, Bakıxanov, Sabunçu, Mərdəkana qədər metronun uzadılmasına ehtiyac var. Əhmədli zonasında Zığ, Hövsan ,Qaraçuxur istiqamətlərində metro yaradılmalıdır. Sumqayıtda da metropoliten açılıb adı dəyişilsə,Abşeron metrosu qoyulsa daha məqsədəuyğun olar”.

Ancaq görünən budur ki, sözügedən ərazilərdə yaşayan insanlar hələ qatarın dalınca çox baxmalı olacaqlar. Çünki "Bakı Metropoliteni”ndə bu ərazilərə xətlərin çəkilməsi ilə bağlı nə bir fikir, nə də plan var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc