Bakıda qorxulu anlar: Əlibıçaqlı şəxs yolu kəsdi

SOSİAL
17:51 12.07.2016
5459
Bu gün saat 17:00 radəlırində Bakıda Sabunçu-Zabrat yolunda qorxulu anlar yaşanıb. Əlində bıçaq yolu kəsən naməlum kişi sürücüləri həyəcanladırıb.
Bu barədə hadisə yerində olan jurnalist İradə Cəlil məlumat verib. Onun sözlərinə görə, əlində iri mətbəx bıçağı olan şəxs kiminsə ünvanına təhqiramiz ifadələr işlədərək qışqırmağa başlayıb.
Onun hərəkətləri yolda tıxaca səbəb olub. Hadisə yerinə gələn polislər də əlibıçaqlı şəxsi zərərsizləşdirməkdə çətinlik çəkiblər.
///baku.ws
OXŞAR XƏBƏRLƏR