Bakıda reabilitasiya mərkəzində ölüm olub.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Pirşağı qəsəbəsində yerləşən "Sağlam dünya" Reabilitasiya Mərkəzində qeydə alınıb.
Orada müalicə alan Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Cəlil Mehdiyev dünyasını dəyişib.
C.Mehdiyevin ölümünün səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.