Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutdu - FOTOLAR

Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutdu - FOTOLAR
SOSİAL
13:44 24.10.2026
189

FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər. İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 oyun keçiriləcək.

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 ümumilikdə 22–30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün, 24 oktyabrda start verilib. İlk dəfə keçirilən turnir 189 FIFA üzv assosiasiyasından olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

İlk oyun günü bu axşam "Baku Crystal Hall"-da davam edəcək. Burada turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca isə Azərbaycan milli komandası Şərqi Timor yığması ilə qarşılaşacaq.

Yüksək səviyyəli qonaqların səfəri FIFA, AFFA və yerli təşkilat qurumları arasında sıx əməkdaşlığı əks etdirir. FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 gənc futbolçuların inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və futbolun qlobal miqyasda inkişafına töhfə verməyi hədəfləyir.
 






OXŞAR XƏBƏRLƏR