Bakıda restoranda dava: İki qardaş saxlanıldı

Bakıda restoranda dava: İki qardaş saxlanıldı
SOSİAL
10:29 10.10.2022
156
Bakıda restoranda dava düşüb.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Şuşa qalası" restoranında qeydə alınıb.

Təbriz Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə gecə saat 23 radələrində ictimai qaydanı pozaraq Sirac Mustafayevə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetiriblər. Qardaşlar saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR