Bakıda restoranlardan birində dava-dalaş olub.
Xətai rayonu Nobel prospekti 64 ünvanında yerləşən restoranda hələlik şəxsiyyəti məlum olmayan şəxslə 1984-cü il təvəllüdlü Məmmədov Elnur Vaqif oğlu arasında münaqişə yaranıb. Münaqişə zəminində həmin şəxs E.Məmmədovu döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Daha sonra həmin şəxs qaçaraq uzaqlaşıb.
Araşdırma aparılır.
///lent.az