Bakıda restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı

Bakıda restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı
SOSİAL
17:58 05.04.2022
521
İçərişəhərdə yerləşən restoranlardan birində lift qırılıb.
 
AZXEBER.COM xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar.
 
Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var.
 
Hər iki şəxs reanimasiyaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR