Bakıda restoranda musiqiçilər dalaşdı - Biri ağır xəsarət alıb

Bakıda restoranda musiqiçilər dalaşdı - Biri ağır xəsarət alıb
SOSİAL
10:41 20.02.2018
1443
Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR