Bakıda rəzalət: Qohumları azyaşlını döyərək... - VİDEO

Bakıda rəzalət: Qohumları azyaşlını döyərək... - VİDEO
SOSİAL
12:53 30.06.2021
912
Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı aşkarlanıb.

Xalası və digər qohumları 9 yaşlı Ümidi dilənməyə, avtomobillərin təkərlərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar. O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və evdən qaçaraq sığınacağa pənah aparıb.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, cəmi 9 yaşı var. Başına gələnlər isə onu yaşından daha tez böyüdüb.

Ümid Şərifov valideyn himayəsindən məhrum olmuş yüzlərlə uşaqdan biridir. Atası, dediyinə görə həbsdədir, anasının yerini isə özü də bilmir. Xalası və xalasıqızı ilə birlikdə qalan Ümidin qohum sarıdan da bəxti gətirməyib. O, dilənməyə və işləməyə məcbur edilib.

Ümidin sözlərinə görə, bəzən qazandığı pul az olanda şiddətə də məruz qalıb. Qohumları onu döyüb təhqir edirmiş.

Yaşıdları kimi ana-ata əlindən tutub məktəbə getmək yaşında olsa da, o, əl açaraq dilənib. Özü balaca, ürəyi böyük olan müsahibimizin anasından ötrü darıxdığı günlər çox olub. Tək təsəllini ona zəng vurub səsini eşitməklə tapırmış.

Adı kimi ümidləri çoxdur bu balaca oğlanın. Ana nəvazişi və qayğısından nə qədər məhrum olsa da, içindəki ana sevgisi tükənmək bilmir.

Qohumlarının ona qarşı olan zülmünə tap gətirməyən Ümid çarəni evdən qaçmaqda görüb. Küçələrə düşən Ümid polisə müraciət edib, onlardan sığınacağa yerləşdirilməyini xahiş edib.

Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən Ümidlə hazırda reabilitasiya işləri aparılır.

Qeyd edək ki, Ümid 4 yaşında olarkən də baxımsızlıq ucbatından polis tərəfindən küçədə tapılaraq sığınacağa yerləşdirilib. Daha sonra anası uşağa baxacağına, onu diləndirməyəcəyinə söz verərək uşağı sığınacaqdan alıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
00:56 12.10.2026
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
00:46 12.10.2026
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
00:34 12.10.2026
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
00:28 12.10.2026
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
00:18 12.10.2026
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
00:09 12.10.2026
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
00:03 12.10.2026
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
23:56 11.10.2026
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
23:50 11.10.2026
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
23:44 11.10.2026
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
23:34 11.10.2026
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
23:28 11.10.2026
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
“Slaviya” Bakıda
23:14 11.10.2026
“Slaviya” Bakıda
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
23:03 11.10.2026
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
22:57 11.10.2026
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
22:46 11.10.2026
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO