Bakıda rifah və tibbi turizmin gələcək perspektivlərinə dair konfrans keçirilir - FOTOLAR

Bakıda rifah və tibbi turizmin gələcək perspektivlərinə dair konfrans keçirilir - FOTOLAR
SOSİAL
17:06 15.10.2025
155
Oktyabrın 15-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Baklda "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndənin iştirakı ilə rifah və tibbi turizmin inkişaf perspektivləri, həmçinin beynəlxalq əməkdaşlıq imkanlar barədə müzakirələr aparılıb.

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova sağlamlıq turizmi sahəsində Agentlik tərəfindən görülən işlər, ölkədə sağlamlıq turizmi üzrə mövcud potensial, onun inkişaf etdirilməsi istiqamətlərindən bəhs edib.
Azadə Hüseynova sağlamlıq turizminin təməl iki istiqaməti olan tibb və rifah turizminin inkişafında dövlət dəstəyinin, ölkə rəhbərliyinin diqqətini vurğulayaraq, sahənin genişlənməsi üçün maraqlı tərəflərin iştirakçılığının təşviq edilməsinin vacibliyini qeyd edib.  

O, qarşıdakı illər ərzində sağlamlıq turizmi üzrə idarəetmə çərçivəsinin inkişaf etdirilməsi, sahə üzrə tənzimləmə potensialının artırılması, ölkənin tibbi turizm potensialının təbliğ edilməsi və əlçatanlığın artırılması üzrə prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirib. 

2 gün davam edəcək konfrans çərçivəsində sağlamlıq və rifah turizmi sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin sərgisi təşkil edilib. 

Sərgidə 40-a yaxın yerli sanatoriya, kurort, tibbi reabilitasiya və spa mərkəzləri, xəstəxana və klinikalar, eləcə də beynəlxalq tərəfdaş şirkətlərin xidmət və məhsulları nümayiş olunub. 

Tədbir müddətində iştirakçılar arasında B2B formatında görüşlər keçirilib və birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Konfransda "Qlobal rifah tendensiyalarının inteqrasiyası: Azərbaycanda rəqabətcil rifah turizmi modelinin qurulması” və "Azərbaycanda tibbi turizmin inkişaf yolu: Beynəlxalq standartlar, sertifikatlaşdırma və strateji tərəfdaşlıqlar” adlı iki panel sessiya keçirilib.

Panel sessiyalarda Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübələrin inteqrasiyası, bu sahədə rəqabət qabiliyyətinin artırılması,  spa və termal terapiya standartlarının, destinasiya sertifikatlaşdırılmasının, kadr hazırlığının təmin edilməsi, eləcə də ölkəmizdə tibbi turizmin gələcək inkişaf istiqamətləri, beynəlxalq akkreditasiya, səhiyyə ilə turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmləri,  tibbi turizm sektorunda institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin və dayanıqlı inkişafın təmin edilməsi üzrə yeni yanaşmalar haqqında müzakirələr aparılıb. 

Qeyd edək ki, bundan öncə 2024-cü ilin 28-29 oktyabr tarixlərində Şuşa şəhərində sağlamlıq turizmi üzrə ilk konfrans təşkil edilib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci vitse-prezident bazilikadakı bərpa işləri ilə tanış oldu - FOTOLAR
23:20 16.10.2025
Birinci vitse-prezident bazilikadakı bərpa işləri ilə tanış oldu - FOTOLAR
Pakistanın baş naziri Əfqanıstanla danışıqların aparılması üçün şərtini açıqladı
23:08 16.10.2025
Pakistanın baş naziri Əfqanıstanla danışıqların aparılması üçün şərtini açıqladı
Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb - FOTOLAR
22:52 16.10.2025
Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb - FOTOLAR
Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR
22:47 16.10.2025
Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR
Ağ Ev: Tramp Putinin və Zelenskinin görüşünü mümkün hesab edir
22:34 16.10.2025
Ağ Ev: Tramp Putinin və Zelenskinin görüşünü mümkün hesab edir
İsrailin XİN başçısı: HAMAS 19 girovun cəsədini qaytarmır
22:30 16.10.2025
İsrailin XİN başçısı: HAMAS 19 girovun cəsədini qaytarmır
Azərbaycan üzgüçülük millisinə yeni baş məşqçi təyin olundu
22:12 16.10.2025
Azərbaycan üzgüçülük millisinə yeni baş məşqçi təyin olundu
Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO
22:01 16.10.2025
Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO
Mərkəzi Hərbi Sanatoriyanın rəisinin həbsi ilə bağlı MN-dən açıqlama
21:58 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisinin həbsi ilə bağlı MN-dən açıqlama
Upamekano uğrunda “El Klasiko”
21:44 16.10.2025
Upamekano uğrunda “El Klasiko”
Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
21:40 16.10.2025
Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
Aktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama
21:28 16.10.2025
Aktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
21:24 16.10.2025
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
21:13 16.10.2025
Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
Samir Şərifov ICAPP Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
20:52 16.10.2025
Samir Şərifov ICAPP Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib
20:44 16.10.2025
Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib