Bakıda şadlıq sarayının yaxınlığında faciə - 4 ofisiant öldü

Bakıda şadlıq sarayının yaxınlığında faciə - 4 ofisiant öldü
SOSİAL
13:20 21.11.2025
439
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi şosesində yerləşən "Lake Hotel” yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

"Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: "Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün Azərişıq ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
OXŞAR XƏBƏRLƏR