Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən yıxıldı

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən yıxıldı
SOSİAL
15:20 13.05.2019
2436
Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.

Hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib.
 
///ONA
OXŞAR XƏBƏRLƏR