Bakıda səfirliyin "Prado"su "Nissan"la toqquşdu

Bakıda səfirliyin "Prado"su "Nissan"la toqquşdu
SOSİAL
10:23 03.08.2017
821
Bakıda səfirlik avtomobili qəzaya düşüb.
 
APA-nın məlumatına görə, Moldova səfirliyinə məxsus olan, Pyotr Şabdesadenin idarə etdiyi "Toyota Prado” markalı, 040 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Ayaz Kəlbiyevin idarə etdiyi "Nissan” markalı maşınla toqquşub. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR