Bakıda səhər saatlarında metrodan sonra avtobuslarda da gecikmələr oldu - SƏBƏB AÇIQLANDI

Bakıda səhər saatlarında metrodan sonra avtobuslarda da gecikmələr oldu - SƏBƏB AÇIQLANDI
SOSİAL
10:33 05.03.2018
1349
Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə ələqələr şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində də gecikmələr müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR