Bakıda şəhid qızını öldürən iş adamının oğluna HÖKM OXUNDU

SOSİAL
18:33 03.05.2018
8216

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Rəhimov 5 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee" markalı avtomobillə vurularaq öldürülüb.

1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee"markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimlinin olması müəyyən edilib və o, həbs olunub.

17 yaşlı Rəhim Rəhimlinin atası Akif Rəhimov "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, əmisi Məmməd Rəhimov isə "Yeganə” şadlıq sarayının sahibidir.


 

OXŞAR XƏBƏRLƏR