Bakıda sərinləşdirici içkinin tərkibində bakteriyalar tapıldı
İQTİSADİYYAT
16:20 22.08.2012
2556
Bakıda sərinləşdirici içkinin tərkibində bakteriyaların olduğu müəyyənləşib.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında Nizameddin Yusuf Zergerə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı polietilen qablaşdırmada olan 19 litrlik "Billur su" adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edildiyi, habelə suların etiketində qablaşdırılma tarixinin göstərilmədiyi müəyyən olunub.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, eləcə də bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliform) olduğu aşkar edilib.