Bakıda sərnişin avtobusda yıxıldı

Bakıda sərnişin avtobusda yıxıldı
SOSİAL
12:35 14.10.2016
1520
 
Bakının Binəqədi rayonunda avtobusda sərnişin bədən xəsarətləri alıb.

Hadisə bu gün səhər saatlarında 92 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusda baş verib.
 
Belə ki, Biləcəri qəsəbəsində hərəkətdə olan avtobusun sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman ayaq üstə dayanan Rəşid adlı ahıl kişi müvazinətini itirərək avtobusdakı oturacaqlara çırpılıb.
 
Baş və bədən nahiyəsindən xəsarət alan sərnişin yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
 
///Report
 
OXŞAR XƏBƏRLƏR