Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var

Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var
SOSİAL
10:16 22.11.2017
7890
Bakıda yük maşını ilə sərnişin avtobusu toqquşub.
 
Qaradağ rayonu ərazisində, Bakı-Qazax magistralının 16-cı kilometrliyində "Hovo" markalı, 99 DH 408 dövlət qeydiyyat nişanlı yük avtomobili, "İsuzu" markalı, 90 JX 895 nömrəli sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobusda olan 2 qadın və 2 kişi sərnişin ağır xəsarət alıb.
 
Bildirilir ki, qəza yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib. Avtobus yol kənarında dayanarkən arxadan gələn yük maşını ara məsafəsinin düzgün seçilməməsi səbəbindən şirkətlərdən birinə məxsus olan və işçiləri daşıyan avtobusa çırpılıb.
 
Araşdırma aparılır.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR