Bakıda sərnişin avtobusu kranla toqquşdu - Xəsarət alanlar var

Bakıda sərnişin avtobusu kranla toqquşdu - Xəsarət alanlar var
SOSİAL
17:02 15.05.2019
3285
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub. 

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR