Bakıda sərnişin avtobusu qəza törətdi: sürücü qaçdı – FOTO

Bakıda sərnişin avtobusu qəza törətdi: sürücü qaçdı – FOTO
SOSİAL
10:51 06.05.2018
9213

Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.

Hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

"108 A” saylı marşrut xəttinə məxsus sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən "Opel” markalı avtomobilə çırpılıb. Nəticədə avtobus idarəetmədən çıxaraq, Yasamal "ATS”-i kimi tanınan inzibati binanın qarşısındakı "Mitsubishi” və "Tofaş” markalı avtomobillərə çırpılıb.

Qəzadan dərhal sonra əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçıb.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.

///Report

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR