Bakı şəhər sakini bıçaqla hədələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bakı şəhər sakini Rəhman Şıxıyevin idarə etdiyi "Nissan" markalı avtomobilə sərnişin qismində oturub onu bıçaqla hədələyərək 219 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan Vasif Qədimov tutulub.