Şah Sarayı – təşrif buyuran hər qonağa xoş gəlmisiniz söyləyər. Sizə Xanəgahımızı təqdim etməkdən məmnunluq duyuruq.
Qədim şəhərlərdən olan Badu – Kubə Odlar Yurdu Azərbaycanın paytaxtı və döyünən ürəyidirsə, İçəri Şəhər də Bakının çırpınan qəlbidir. Ta qədimlərdən bu günümüzə qədər yaşayan İçəri şəhər həm yaşayış məhəlləsi, həm də tarixi qoruq kimi qorunub saxlanır.İçəri Şəhərin əsas girişi Qoşa Qala qapısından başlayır. Shah Palace Oteli bu qapıların 50 metrliyində yerləşir və canlı tarixini öz qonaqlarına danışır.İndi qədəm basdığınız məkanda 2008-ci ildən inşaat və yenidənqurma işləri aparılır.
Karvansara, Sovet dövründə mənzil-qərargah , diplomatik nümayəndələr üçün mehmanxana, ötən əsrin 60-cı illərindən sonra isə yaşayış binası kimi istifadə olunub.
Şah Palace Oteli daxilində 52 içməli su quyusu olub, onlardan çoxu zamanla qurudulub. Hazırda bu məkanda yerləşən Baruka şərab evinin inşası zamanı aparılan qazıntılarda arxeoloji abidələrə rast gəlinib.
Shah Palace Oteli 2013-cü ilin 1 Aprel tarixindən etibarən qonaqlarının və xidmətindədir.
Otelin klassik və eleqant üslubda təchiz olunmuş otaqları, “ Xanədan ” – Xanlarin evi adlanan restoran və terassı ilə milli mətbəxin mükəmməl təamlarını sizlərin ixtiyarına verir. Odlar Yurdu Azərbaycanın çay mədəniyyətini yaşadan şərq üslubunda döşənmiş “Qala Bürc” kafe və şirniyyat evi isə daim xidmətinizdədir. Şah Sarayının Atrium hissəsindən aşağıya doğru uzanan “Baruka” şərab evi də bu məkana gələn qonaqları razı salmaq üçün yaradılıb. Xanəgahımızda türk hamamı və sağlamlığa lövbər salan digər xidmətlər də, sizlərin zövqünə hesablanıb.
Şah Sarayında tarixin canlı izi yaşayır. Tarixi bizimlə hiss edin!