Bakıda skuter sürən 54 yaşlı kişini avtomobil vurdu

HADİSƏ
10:40 18.11.2022
504

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1968-ci il təvəllüdlü Babayev Dmitri Vladimir oğlu skuterlə hərəkət edərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR