Ötən gün Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.6 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu isə Bakıda 27.6 dərəcə isti təşkil edib ki, bununla da 9 may 1910-cu il tarixində olan sutkalıq rekord göstərici (26.6 dərəcə) yenilənib.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin AZXEBER.COM-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-18, gündüz 25-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında mayın 11-də əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.