Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
SOSİAL
22:29 10.04.2026
771
Paytaxtın mərkəz ərazilərində sürət həddinin saatda 50 km-ə endirilməsi planlaşdırılır.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən, şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

Əsas planlardan biri paytaxtda geniş piyada şəbəkəsinin qurulması, eləcə də rahat və müasir piyada mühitinə şəraitin yaradılmasıdır.

Nəqliyyat məsələləri üzrə ekspertlər bildirirlər ki, bu addım həm paytaxt ərazisində yol-nəqliyyat hadisələrinin sayını azaltmağa, həm də piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa şərait yaradacaq.

Bildirilir ki, hazırda məhdud olan piyada əraziləri daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz piyada marşrutları formalaşacaq.

Qeyd edək ki, bütün bu dəyişikliklər nəticəsində Bakı şəhərin mərkəzində piyada hərəkətinin daha təhlükəsiz, rahat və fasiləsiz olması qarşıya qoyulan əsas hədəflərdən biridir.

OXŞAR XƏBƏRLƏR